"Azərbaycanda İsrail casusları yoxdur" - Mixail Finkel 

"Azərbaycanda İsrail casusları yoxdur"

"Azərbaycanda İsrail casusları yoxdur" - Mixail Finkel 

"İran beynəlxalq sanksiyalar altındadır. İran mülki şəxslərə qarşı hücumlar təşkil etməkdə günahkardı. 1994-cü ildə İran Argentinada yəhudi mədəniyyət mərkəzini bombalayıb. 80-dən çox insanı öldürüb, yüzlərlə insanı yaralayıb. Argentina kəşfiyatına görə, bu hücumun arxasında dayanan İrandır". 

Bu sözləri Polemika.az-a açıqlamasında məşhur israilli politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel deyib. Qeyd edib ki, İran dünya miqyasında mülki əhaliyə hücum edir:

"İran Səudiyyə Ərəbistanı, Suriya, Cənubi Amerika, Avropa ilə savaşır. Bacardığı qədər hücum edir. İran İsrailin Azərbaycanla əməkdaşlığından qorxur. Paranoya içərisindədir ki, Azərbaycan İsraillə yaxındır. Onlar çox qorxurlar ki, İsrail hər hansısa bir şəkildə Azərbaycan ərazisini, torpağını və Azərbayca-İran sərhədini İran əleyhinə casusluq etmək üçün istifadə edəcək. Bu ittihamların hamısı tamamilə yanlışdır. Azərbaycanda İsrail ordusu, yerli İsrail casusları yoxdur. Bunlar 100 faiz İran paranoyasıdır. Amma bu onların nədən qorxduğunun göstəricisidir. Onlar bilirlər ki, zəifdirlər və onların İsrail ordusuna qarşı heç bir şansı yoxdur. Tezliklə dünya kimin supergüc, kimin boşboğaz olduğunu, kimin Şərq bazarında qışqırdığını görəcək. Tezliklə davranışlar burada kimin güclü və əzəmətli olduğunu bütün dünyaya sübut edəcək".

Ekspert İranın ermənipərəst olduğuna da diqqət çəkib. Bildiirb ki, 44 günlük ümharibə dövründə İran Ermənistana hərbi yardım göstərib:

"Bu yaxınlarda Azərbaycan Ermənistana, Qarabağın işğal olunmuş ərazisinə-Xankəndiyə neft və ərzaq aparan çoxlu sayda İran yük maşınını saxlayıb. Sizin prezidentiniz bu barədə danışdı və İranın fəaliyyətini tənqid etdi. İran müharibə ərzində açıq şəkildə Azərbaycanın düşməni ilə əməkdaşlıq etdi, ona dəstək oldu. Amma o, eyni zamanda dünyaya müsəlmanın dostu olan İslam ölkəsi olduğunu deməkdən də geri qalmır. Bu, yalandır, bəşər tarixindəki ən böyük riyakarlıqdır. Sizin hökumətiniz və dövlət başçınız bundan xəbərdardır. Onlar İranın siyasəti və mövqeyi haqqındakı illuziyaları bilirlər. İran bir tərəfdən sizi qələbəniz münasibətilə təbrik edir, “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”,-deyir, digər tərəfdən isə sizin düşməninizi pul, məhsul və silahlarla təchiz edir. Yəni, əslində, siz İranın kim olduğunu bilirsiniz". 

Sayad HƏSƏNLİ

"Azərbaycanda İsrail casusları yoxdur" - Mixail Finkel