“Britaniya ilə danışıqlar uğursuz oldu” - Lavrov

“Britaniya ilə danışıqlar uğursuz oldu” - Lavrov

“Britaniya ilə danışıqlar uğursuz oldu” - Lavrov

Bu gün Moskvada Britaniya və Rusiya xarici işlər nazirlərinin danışıqları uğursuz başa çatıb, hər hansı bir məsələdə razılaşma əldə edilməyib.

Polemika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov görüşdən sonra verdiyi açıqlamada deyib.

Görüşdən məyusluqla ayrıldığını qeyd edən Lavrov böhranın həlli üçün London rəhbərliyi ilə ortaq nöqtədə razılığa gələ bilmədiklərini deyib.

Rusiyanın baş diplomatı Lavrov deyib: “Düzünü desəm, söhbətimizin lalla kar danışığa bənzədiyindən məyus oldum, dinləyirik, amma eşitmirik. Bizim ən ətraflı izahatlarımız boşa çıxdı”.

“Britaniya ilə danışıqlar uğursuz oldu” - Lavrov