Brilliant Dadaşova: "Hər yerdə qəddarlıq, zülüm, mən necə gülüm?"

Brilliant Dadaşova: "Hər yerdə qəddarlıq, zülüm, mən necə gülüm?"

Brilliant Dadaşova: "Hər yerdə qəddarlıq, zülüm, mən necə gülüm?"

Xalq artisti Brilliant Dadaşova son günlər baş verən hadisələrlə bağlı fikir bildirib. 

Polemika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Ukraynada gedən müharibəyə münasibət bildirib:

"Deyirsən, ağlama, sən hər zaman gül. Uşaqlar öldürülür, mən necə gülüm? Xəyallarındakı möcüzə torpağa gömülür, mən necə gülüm?

Bahardır, ağaclar cücərmir, çiçəklər açmır. Hər yer qara bulud, günəş şəfəq saçmır. Mən necə gülüm? Gözlərində işıq sönür, gənclikləri gəlmədən geri dönür. Ən dəhşətlisi odur ki, Tanrı bunları görür... Bəlkə də insan naşükür, dəlidir deyə, cəza verib, bizə gülür. Hər yerdə qəddarlıq, zülüm, mən necə gülüm?"

Brilliant Dadaşova: "Hər yerdə qəddarlıq, zülüm, mən necə gülüm?"