Braziliya prezidenti yenidən xəstəxanaya yerləşdirildi

Braziliya prezidenti yenidən xəstəxanaya yerləşdirildi

Braziliya prezidenti yenidən xəstəxanaya yerləşdirildi

Braziliya prezidenti Jair Bolsonaro qarın ağrısı şikayətləri ilə xəstəxanaya aparılıb.

Polemika.az xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindəki Vila Nova Star xəstəxanasına aparılan 66 yaşlı prezident Bolsonaronun bağırsaq tıxanıqlığı problemi olduğu bildirilib.

Hazırda məzuniyyət üçün Baham adalarında olan həkimi Antonio Luiz Makedonun Bolsonaronuya dəqiq diaqnoz qoymaq üçün xəstəxanaya gəlməsi gözlənilir. Həkim Makedo Bolsonaro üçün cərrahi müdaxiləyə ehtiyac olmadığını düşündüyünü və son qərarı müayinədən sonra verəcəyini bildirib.

Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaro keçən iyul ayında San-Pauludakı Vila Nova Star Xəstəxanasına bağırsaq tıxanıqlığı diaqnozu ilə yerləşdirilib və 4 gün müalicə olunub.

Braziliya prezidenti yenidən xəstəxanaya yerləşdirildi