Bolqarıstan XİN də çağırış etdi: "Ukraynanı tərk edin!"

Bolqarıstan XİN də çağırış etdi: "Ukraynanı tərk edin!"

Bolqarıstan XİN də çağırış etdi: "Ukraynanı tərk edin!"

Bolqarıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarını bu ölkədəki “təhlükəsizlik vəziyyətinin dəyişməsi” ilə əlaqədar Ukraynanı tərk etməyə çağırıb.

Polemika.az xəbər verir ki, nazirliyin bəyanatında deyilir:

“Ukraynada və onunla bağlı dəyişən təhlükəsizlik mühitinə görə Bolqarıstan vətəndaşlarını bu ölkəyə hər hansı səfərdən çəkinməyə çağırırıq. Biz Ukrayna ərazisində olan Bolqarıstan vətəndaşlarından hazırda mövcud nəqliyyat vasitələri ilə ölkəni tərk etməyi düşünmələrini xahiş edirik”.

Bolqarıstan XİN qeyd edib ki, zərurət yaranarsa, Ukrayna ərazisində olan Bolqarıstan vətəndaşları Bolqarıstanın Kiyevdəki səfirliyi, Odessadakı Baş Konsulluğu ilə əlaqə saxlaya, həmçinin bu nümayəndəliklərə elektron məktub yaza bilərlər.

Bolqarıstan XİN də çağırış etdi: "Ukraynanı tərk edin!"