2 nəfərdən qanunsuz ov və silah götürüldü

2 nəfərdən qanunsuz ov və silah götürüldü

2 nəfərdən qanunsuz ov və silah götürüldü

Astarada qanunsuz ov edən şəxs aşkarlanıb.

Polemika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, rayon ərazisində qanunsuz ov edən Pensər kənd sakini F.Əliyev saxlanılıb.

Ondan qanunsuz olaraq ovladığı çöl quşları və 1ədəd ov tüfəngi götürülüb.

Həmçinin, rayonun Pəlikeş kənd sakini Ş.Vahabovdan qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

2 nəfərdən qanunsuz ov və silah götürüldü