“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik” - Prezident

“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik”

“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik” - Prezident

“Ermənistan hər cür düşmənçilik hərəkətlərindən, ərazi iddialarından çəkinməlidir”. 

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Sülh müqaviləsi üzərində çalışmaq lazımdır və 21-ci əsrdə normal davranışa riayət olunmalıdır. Hər halda, biz qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik. Biz yan-yana yaşamağı öyrənməli və yavaş-yavaş münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün zəmin hazırlamalıyıq. Açıq şəkildə dedik ki, Azərbaycan buna hazırdır. Amma indiyədək heç bir müsbət siqnal almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət yumşaq desək, müharibədə uduzduqdan sonra yaranmış məyusluq onların cəmiyyətində şişirdilmiş gözləntilər və hərbi-siyasi vəziyyətin qeyri-real qiymətləndirilməsi səbəbindən bir növ psixoloji travma yaradıb”. 

“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik” - Prezident