“Bu yaxında Xankəndidə də bayrağımız dalğalanacaq” - Aqil Abbas

“Bu yaxında Xankəndidə də bayrağımız dalğalanacaq” - Aqil Abbas

“Bu yaxında Xankəndidə də bayrağımız dalğalanacaq” - Aqil Abbas

“Bundan gözəl gün ola bilərmi? Qabaq 9 mayı bayram edərdik, artıq indi özümüzün 8 noyabr bayramımız var. Bu gün də müharibənin başa çatması günüdür. Bundan gözəl nə gün olar bilər ki, təkcə Şuşada yox, Qarabağda bayrağımız dalğalanır”.

Polemika.az xəbər verir ki, bunu yazıçı, millət vəkili Aqil Abbas deyib: 

“İndi Xankəndi qalıb və bu yaxında orda da bayrağımız dalğalanacaq. Müharibənin, qanın-qadanın qurtardığı gündür, Zəgər günüdür. Dünən Şuşada da atəşfəşanlıq oldu. Möhtərəm Prezident özü də Vitse-prezidentlə birlikdə Şuşada idi”.

A.Abbas həyat yoldaşı İradə xanım Tuncayı da doğum günü münasibətilə təbrik edib və onun haqqında səsləndirdiyi fikirlərinə də münasibət bildirib:

“Həm Dövlət Bayrağı günüdür, həm də İradə xanımın doğum günüdür. Mən İradə xanımı həmişə necə təbrik etmişəmsə, elə də təbrik edirəm. “Bizim evdə qayınana Aqil Abbasdır” fikirlərini isə o, yaxşı mənada deyib. Çünki adətən uşaqlar evdən çıxanda mən onlarla maraqlanıram, soruşuram ki, hara gedirsiniz? Ona görə soruşuram ki, görüm pulları varmı? Yəni onların getdikləri yeri öyrənirəm, nə lazım olduğunu bilmək istəyirəm. İradə xanım da zarafatla belə bir söz deyib”./Moderator.az

“Bu yaxında Xankəndidə də bayrağımız dalğalanacaq” - Aqil Abbas