"Bir müddət sonra yenə təxribat törədəcəklər, 300 ildi belədir" - Xalq artisti

"Bir müddət sonra yenə təxribat törədəcəklər, 300 ildi belədir"

"Bir müddət sonra yenə təxribat törədəcəklər, 300 ildi belədir" - Xalq artisti

“Həm Şuşada, həm də sərhəd bölgələrində baş verən təxribatların hansı gündə olduğuna nəzər yetirəndə səbəbkarın kim olduğu ortalığa çıxır, Qafqazda sabitliyin və asayişin bərpa olunmamasında maraqlı tərəfin kim olduğu məlum olur...”

Bu sözləri Polemika.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Aktyorun sözlərinə görə, burada tərəflərin müxtəlif maraqları var:

“Təxribatlar nə zaman baş verdi? İstanbulda Türkdilli Dövlətlərin Təşkilatı özünü elan elədi və yeganə kənarda qalan dövlət Türkmənistan Respublikası da ora cəlb edildi. Türkdilli Dövlətlərin qurumu yarandı və həmin gün də Şuşaya qumbara atıldı. Elə həmin gün terrorist mənsub olduğu ölkəyə qaytarıldı. Həmin gün sərhəddə atışmalar başladı. Bütün Qafqazdakı qeyri-stabilliyin, tökülən qanların bir səbəbkarı var: O da Rusiyanın imperialist arzularıdır. Onlar bütün Qafqazı, keçmiş postsovet ərazisini yenidən öz nəzarəti altına almaq istəyirlər. Hətta ciddi şəkildə yenidən SSSRİ qurmaq haqqında fikirləşirlər. Bu haqda onların Belarusla yaratdığı bir ittifaq dövləti də var. Siyasi fiqur olan Kalaşnikovun “Biz SSRİ-ni dirçəltməliyik, xilas yolu budur” kimi bəyanatlar verdiyini görürük. Azərbaycan bu gün faktiki olaraq Qafqazda yeganə müstəqil dövlətdir ki, özünün birbaşa müstəqil xarici siyasətini aparır və getdikcə güclənir. Ermənistanın, Gürcüstanın nəzarətdən çıxması ciddi təhlükə yaratmır, amma Azərbaycanın çıxması ciddi təhlükə yarada bilər. Ona görə də bu gün bütün oyunlar Azərbaycanın ətrafında qurulur”.

N.Mehdixanlı  bu münaqişənin üçüncü tərəfinin Rusiya olduğunu xatırladıb:

“Təsəvvür edin ki, heç nəyi olmayan Ermənistan birdən-birə Azərbaycana qarşı hücuma keçir və əsgərləri əsir düşür, Azərbaycan irəliləməyə başlayan kimi Rusiya məsələyə qarışır, aranı sakitləşdirir. Müəyyən müddətdən sonra yenidən təxribatlar törədəcəklər, guya atəşkəs elan olunub, amma yenidən başlayacaqlar. Bizim 300 ildən artıqdır başımıza gətirilən bütün bəlalar, müsibətlər, parçalanmalar, daxili çəkişmələr şimaldan başımıza gətirilən təhlükələrdir. Bizim bu vəziyyətdən yeganə çıxış yolumuz odur ki, səbrli olaq. Təxribatlara ağıllı və adekvat cavab verməyi bacarmalıyıq. Daxili birliyimizi qoruyub saxlamalıyıq. Düşünürəm ki, Rusiyanın imperialist dairələri fikirləşirlər ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına daxil olması, türk birliyinin yaranması Azərbaycanın onların əlindən çıxması deməkdir. Ona görə də aqoniya içərisində bu hadisələri törədirlər”.

O, Rusiyanın erməni xalqını məhvə doğru sürüklədiyini qeyd edib:

“Əgər erməni xalqı doğurdan da özünü qədim, mədəni, ağıllı, müdrik hesab edirsə, bir şeyi başa düşməlidir ki, onların da başına gətirilən müsibətlərin səbəbi Rusiyadır. Bu gün Rusiya onlardan nökər kimi istifadə edir. Ortalıqda qalan isə məhv olmağa doğru gedən erməni xalqıdır, Allah yollarını açıq eləsin, daha dərin getsinlər! Amma bu gün Ermənistanda bunu anlayanlar da var. Bu gün onların millət vəkili dedi ki, “Nə qədər ki, biz Rusiya ilə dostuq, erməni xalqı uduzacaq”. Ermənistan  nə iqtisadi, nə də hərbi potensialına görə Azərbaycanla qarşı-qarşıya gələsi dövlət deyil. Amma təbii ki, bunun arxasında dayanan qüvvələr var. Hesab edirəm ki, Rusiya ikili, üçlü standartlarla oynayır. Yalnız və yalnız öz maraqlarına xidmət edən addımlar atır. Üzdə Azərbaycanla dost münasibəti göstərərək arxada erməni tör-töküntülərini idarə edir, onları silahlandırır. Bu kor kor, gör-gör məsələsidir. Əslində Rusiyanın məqsədi orada daimi qalmaqdır, amma dünyada gedən proseslərdən aydın görmək olur ki, Rusiya buradan gedəcəyini anlayır və aqoniya yaşayır. Buna görə də Azərbaycana qarşı təxribatla məşğuldur, Azərbaycanı bu yoldan çəkindirməyə çalışır, amma çox gecdir. Hər şey yaxşı olacaq. Azad, müstəqil olmaq nə qədər çətindirsə, o azadlığı qoruyub saxlamaq, millət kimi var olmaq ondan qat-qat daha çətindir. Biz bugün o savaşı veririk, savaş bitməyib. Azərbaycan xalqı hər şeyi anlayır, hər şeyin fərqindədir. Bizim görəcəyimiz əsas iş daxili birliyi qoruyub saxlamaqdır, düşmənə qarşı özümüzü birlik olub göstərməliyik. Bizim əldə edə bilməyəcəyimiz hədəf yoxdur. Bəli, qurbanlar olacaq, oğillarımız həlak olacaqlar, amma başqa yolumuz yoxdur. Yaşamaq, var olmaq istəyiriksə, hər cür savaşa hazır  olmalıyıq”.

Əsmətxanım 

"Bir müddət sonra yenə təxribat törədəcəklər, 300 ildi belədir" - Xalq artisti