Bennet Zelenskiyə təslim olmağı tövsiyə edib?

Bennet Zelenskiyə təslim olmağı tövsiyə edib?

Bennet Zelenskiyə təslim olmağı tövsiyə edib?

İsrail Baş naziri Naftali Bennet Ukrayna prezidenti Volodimir Zelenskiyə Moskvanın şərtlərii qəbul etməyi tövsiyə edib.

Polemika.az “Axios”a istinadla xəbər verir ki, bu barədə yüksək vəzifəli bir ukraynalı məmur açıqlama verib.

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Ukraynalı rəsmisinin sözlərinə görə, Zelenski və müşavirləri Bennetin təklifindən razı olmayıblar:

"Bennett əslində bizdən təslim olmağımızı tövsiyə edir və biz bunu etməyəcəyik".

Eyni zamanda, İsrail baş nazirinin adı açıqlanmayan nümayəndəsi iddia edir ki, söhbətin təsvir olunan təfərrüatları həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Bennett “Zelenskiyə heç bir tövsiyə və ya məsləhət vermək niyyətində deyil”.

Bennet Zelenskiyə təslim olmağı tövsiyə edib?