Sabah yağışlı hava davam edəcək

Sabah yağışlı hava davam edəcək

Sabah yağışlı hava davam edəcək

Bakıda və Abşeron yarımadasında martın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Polemika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Sabah yağışlı hava davam edəcək