Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Prezident Co Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

Polemika.az "NBC News"a istinadla xəbər verir ki, o deyib: "Amerika vətəndaşları getməlidir, dərhal getməlidir".

“Biz dünyanın ən böyük ordularından biri ilə qarşılaşırıq. Bu, tamamilə fərqli vəziyyətdir və hər şey çox tez dəyişə bilər”, - deyə prezident Rusiya silahlı qüvvələrinin sərhəddə cəmləşməsini xatırladıb.

Bayden, həmçinin, təsdiqləyib ki, heç bir halda Ukraynaya qoşun göndərməyəcək, hətta Rusiya işğalı halında amerikalıları xilas etmək üçün belə. “Bu, dünya müharibəsinə çevriləcək. Amerikalılar və ruslar bir-birlərinə atəş açmağa başlayanda biz özümüzü tamam başqa dünyada tapacağıq”, - deyə ABŞ prezidenti xəbərdarlıq edib.

Dövlət Departamenti də amerikalıları Ukraynanı tərk etməyə çağırıb. İndi Ukraynaya edilən bütün səfərlər üçün dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı