Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar

Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar

Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar

Ümumşəhər sanitar günündə Bakıda 546 küçə dezinfeksiya edildi.

Polemika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün paytaxtda ümumşəhər sanitar günü keçirilib. 

"Həyata keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər. Gün ərzində həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Əminik ki, qalib ölkənin vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılayacağıq", - deyə məlumatda deyilir.

 

Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar