Bakıda və Hacıqabulda qəza: 2 qadın yaralandı

Bakıda və Hacıqabulda qəza:

Bakıda və Hacıqabulda qəza: 2 qadın yaralandı

Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Polemika.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızını vurub. Yaralı təcili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş hematoması, müştərək travma, sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Bakıda da piyada vurulub. Hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil 1973-cü il təvəllüdlü Abbasova Naidə Böyükağa qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sol incik və daban sümüklərini yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Bakıda və Hacıqabulda qəza: 2 qadın yaralandı