Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: 1 nəfər öldü

Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: 1 nəfər öldü

Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: 1 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub. 

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən xəbərə görə, noyabrın 22-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nadir Rüstəmlinin idarə etdiyi “BMW”, C.Əliyevin idarə etdiyi “KamAZ” və R.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Rüstəmli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: 1 nəfər öldü