Ayı ilə güləşən yaralı gənc: "Onun halı məndən də pisdir"

Ayı ilə güləşən yaralı gənc: "Onun halı məndən də pisdir"

Ayı ilə güləşən yaralı gənc: "Onun halı məndən də pisdir"

Bursada meşəlik ərazidə işləyən şəxsə ayı hücum edib.

Polemika.az xəbər verir ki, Sezgin Yılmaz vilayətin Dərbənd qəzasında, meşəlik sahədə işləyərkən ayının hücumuna məruz qalıb. Boyun, əl və ayaq nahiyəsindən xəsarət alan gənc ətrafdakı işçilər tərəfindən xəstəxanaya çatdırılıb.

Sezgin Yılmaza quduzluq peyvəndi vurulub.

Xəstəxanadan çıxdıqdan sonra o anları xatırlayan gənc deyib: “Meşədə işləyirdik. Nahar fasiləsinə getdim. Qayıdanda ayı ilə üz-üzə gəldim. Ondan qaçmağa çalışdım. Məni tutdu və bir neçə dəqiqə ayı ilə mübarizə apardım. Yəqin ki, indi onun halı daha acınacaqlıdır. Mən öz işində-gücündə olan adamam, haqqımı ayıya da halal etmərəm”.

Ayı ilə güləşən yaralı gənc: "Onun halı məndən də pisdir"