Bakıda faciə: 30 yaşlı oğlanı küt alətlə vurub öldürdülər

Bakıda faciə: 30 yaşlı oğlanı küt alətlə vurub öldürdülər

Bakıda faciə: 30 yaşlı oğlanı küt alətlə vurub öldürdülər

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumatda bildirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Bakıda faciə: 30 yaşlı oğlanı küt alətlə vurub öldürdülər