Bakıda dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO

Bakıda dənizə düşən şəxs belə xilas edildi

Bakıda dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizkənarı Milli Parkın ərazisində dənizə düşən şəxsin xilas edilməsinin görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 

Bakıda dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO