Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirildi

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirildi

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirildi

Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Hərbi hüquq üzrə ekspert görüşü”ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, inzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirildi