Ərdoğanın İrana mesajının şərhi: “Ağıllı ol!”

Ərdoğanın İrana mesajının şərhi: “Ağıllı ol!”

Ərdoğanın İrana mesajının şərhi: “Ağıllı ol!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdan vaxt, təyyarədə jurnalistlərin suallarına bizim regionda gedişata toxunan və xeyli də maraq doğuran cavab verib. Diqqət çəkən hal, İranın Azərbaycanla sərhəddə keçirdiyi və təhdidli bəyanatları ilə də müşahidə edilən hərbi təlimlərə qarşılıqlı münasibəti olub. 

Ərdoğan deyib: İranla Azərbaycanın arasında hansısa hərbi qarşıdurma olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf kimi seçə bilməz... Çünki, İranda yaşayan yerli azərbaycanlıların sayı da göz qabağındadı. Bu təbii ki, düşündürür və o qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yönlü yanlışı davam etdirməyəcək.

Bu heç də adi sual-cavab deyil, əslində onun bu ərəfədə Azərbaycana, Qarabağa, İranla sərhədə yaxın bölgəyə səfərinə bağlı xüsusi dərin siyasi məna yüklü bəyanatıdır. Ərdoğan nə bəyan edir:

-  Türkiyə qardaş Azərbaycanla onun varlığına, suverenliyi və ərazi bütövlüyünə təhdid basqını, Türkiyəyə edilmiş qədər qəbul edən müttəfiqdir. 

- Azərbaycan müstəqil, sərbəst dövlət olaraq, İsrail ilə hansı əlaqə, münasibət qurmaqda özü qərar verir, İran buna qəti müdaxilə edə bilməz! 

- İran Azərbaycanı hədəf seçərsə, ilk növbədə İrandakı azərbaycanlıların milli mütləq çoxluğu barədə düşünsün, bu İrana baha başa gələ bilər. 

- İran rəhbərliyinin Azərbaycana və türk birliyi dünyasına qarşı tutduğu yol və atdığı addımlar səhv-yanlışdır, yaxşı olar buna davam etməsin!

Bununla Türkiyənin dövlət başçısı İran rejiminə faktiki xəbərdarlıq etdi ki: ağıllı ol, otur yerində! İrandan isə buna nəinki dövlət rəhbəri, heç XİN səviyyəsində cavab gəlməməsi İranın çəkinmə tərzini göstərir Türkiyədən, açıq qarşıdurmada. 

Bəli, Türkiyə hərbi güclü və beynəlxalq dəstəkli, çoxlu müttəfiqli, İran isə, zəif hərbi texnologiya imkanlı, dünyada tək, zülmətdə qalmış ölkədir! Günahlı İran molla rejiminin mənfur siyasətidir, qonşulara, dünyaya və hətta İslam dininə qarşı.

Və bütün bunlardır İranı Azərbaycana qarşı ən narahat, qəzəbli hala gətirən: Azərbaycana 30 illlik pozucu təsiri itir, ölkədən vurulub çıxarılır!

Azərbaycan bu arada İrana qəti təpki göstərdi!

İlqar Altay

 

Ərdoğanın İrana mesajının şərhi: “Ağıllı ol!”