“Azərişıq”da yanğın: Xırdalan işıqsız qaldı

“Azərişıq”da yanğın: Xırdalan işıqsız qaldı

“Azərişıq”da yanğın: Xırdalan işıqsız qaldı

Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb.

Polemika.az xəbər verir ki, buna səbəb “Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verməsidir.

Hazırda hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində işlər aparır.

Həmçinin bildirilib ki, "Azərişıq" əməkdaşları əhalinin elektrik enerjisilə təminatını bərpa etmək üçün çalışırlar.

 

“Azərişıq”da yanğın: Xırdalan işıqsız qaldı