“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu

“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu

“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. 

Qazax rayon prokurorluğundan "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində  pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin  178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu