Azərbaycanlı kikboksçu amerikalı rəqibinə qalib gəldi

Azərbaycanlı kikboksçu amerikalı rəqibinə qalib gəldi

Azərbaycanlı kikboksçu amerikalı rəqibinə qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb. 

Polemika.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, 27 yaşlı idmançı Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib. Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qələbə qazanıb – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). O, “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı dəfə qalib olub. 

 

 

Azərbaycanlı kikboksçu amerikalı rəqibinə qalib gəldi