Azərbaycanlı deputat İrəvan şəhərindən STATUS yazdı - FOTO

Azərbaycanlı deputat İrəvan şəhərindən STATUS yazdı - FOTO

Azərbaycanlı deputat İrəvan şəhərindən STATUS yazdı - FOTO

Xəbər verdiyimiz kimi, azərbaycanlı deputatlar - Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəliblər.

Tahir Mirkişili İrəvana gəlişi ilə bağlı özünün Facebook səhifəsində status yazıb. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

“AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında 2 sənəd müzakirə olunacaq. Birinci sənəd, “ Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhülkəsizliyi çağırışları” olacaq. Sənədin müəllifi Gürcüstan parlament üzvü Maia Bitadzedir. Qeyd edək ki, iclasa sədrliyi  AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri Tahir Mirkişili edəcəkdir.

İkinci sənəd, “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetməninin təkmilləşdirilməsi” mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan parlamentini üzvü Mariya Karapetyandır.

İclasda eyni zamanda cari geosiyasi kotekstda Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində Rusiya qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaqdır.

Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaqlar”.

Azərbaycanlı deputat İrəvan şəhərindən STATUS yazdı - FOTO