Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər - İrəvanda qarşıdurma

Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər

Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər - İrəvanda qarşıdurma

Ermənistanda etiraz aksiyası keçirilib.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bir qrup müharibə iştirakçısı “Zvartnots” hava limanına gedən yolu bağlayıb.

Etirazçılar Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasına qarşı olduqlarını bildiriblər.

Onlar “Biz türklərlə dost olmayacağıq!", “Türkiyəyə uçuşlar olmamalıdır” şüarları səsləndiriblər.

Qeyd edək ki, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

İclasda Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. 

Bu gün İrəvanda aksiya keçirən ermənilərin məqsədi onların gəlişinə etiraz etmək olub. 

Rafi MÜSLÜMOV

Ermənilər deputatlarımızın yolunu kəsmək istədilər - İrəvanda qarşıdurma