Azərbaycanın U-21 millisi məğlub oldu

Azərbaycanın U-21 millisi məğlub oldu

Azərbaycanın U-21 millisi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriya yığmasını qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür. Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb./Report

Azərbaycanın U-21 millisi məğlub oldu