"Barselona" heyətini yeni futbolçularla gücləndirəcək 

"Barselona" heyətini yeni futbolçularla gücləndirəcək 

"Barselona" heyətini yeni futbolçularla gücləndirəcək 

"Barselona" qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. 

Polemika.az xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta "Marca"ya açıqlamasında danışıb.

Kataloniya təmsilçisinin qış transfer pəncərəsində sıralarına 3 oyunçu qatacağını bildirib. Bu futbolçulardan biri hücum xətti üçün transfer ediləcək. 

"Barselona" hazırda La Liqanın turnir cədvəlində 16 xalla 9-cudur.

Klub ötən həftə baş məşqçisi Ronald Kumanı istefaya göndərib və bu gün həmin vəzifəyə Xavini gətirib. /Qol.az

"Barselona" heyətini yeni futbolçularla gücləndirəcək