Azərbaycanda əhalinin 12 faizi pensiyaçıdır

Azərbaycanda əhalinin 12 faizi pensiyaçıdır

Azərbaycanda əhalinin 12 faizi pensiyaçıdır

“Bu günə qədər Azərbaycanda 1 milyon 200 mindən çox pensiyaçı qeydiyyatdadır. 59,1 faizi yaşa görə, 29 faizi əliliyə görə, 11,9 faizi ailə başçısını itirdiyinə görə pensiya alır. Bu isə ölkə əhalisinin təqribən 12 faizi deməkdir”.

Polemika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov açıqlayıb

Onun sözlərinə görə son 3 ildə sosial sahədə islahatlar aparılıb: “Pensiyaların ümumi məbləği 72 faiz artırılıb. Bundan əlavə minimum, orta əməkhaqlarının artırılması nəticəsində sistemə yeni daxil olan pensiyaçıların məbləğində yüksək artım olub”.

Azərbaycanda əhalinin 12 faizi pensiyaçıdır