Azərbaycanda rəzalət: 62 yaşlı kişi əlil qızı zorladı - Video

Azərbaycanda rəzalət: 62 yaşlı kişi əlil qızı zorladı

Azərbaycanda rəzalət: 62 yaşlı kişi əlil qızı zorladı - Video

Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. 

Polemika.az xəbər verir ki, bu barədə Oxu.az-a zərərçəkmiş 17 yaşlı R.A. bildirib. 

Onun sözlərinə görə, hadisə ötən ilin avqust ayının əvvəlində anası ilə bacısı göz həkimində olarkən baş verib:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:

“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Baş Prokurorluqdan bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.

Azərbaycanda rəzalət: 62 yaşlı kişi əlil qızı zorladı - Video