Azərbaycanda məşhur idman saytının 13 yaşı oldu

Azərbaycanda məşhur idman saytının 13 yaşı oldu

Azərbaycanda məşhur idman saytının 13 yaşı oldu

Bu gün - noyabrın 17-də Qol.az saytının fəaliyyətə başlamasından 13 il ötür.

Polemika.az xəbər verir ki, 2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində 20 mindən çox  oxucu idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Həmkarlarımızı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik! 

Azərbaycanda məşhur idman saytının 13 yaşı oldu