Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı, 15 nəfər öldü - Foto

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı,

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı, 15 nəfər öldü - Foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Polemika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 284 nəfər müalicə olunaraq sağalıb, 8 182 nəfər vəfat edib. 15 931 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 495, bu günə qədər isə ümumilikdə 5 739 928 test icra olunub.

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı, 15 nəfər öldü - Foto