Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?

Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?

Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Polemika.az xəbər verir ki, bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib.

Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?