Azərbaycanda iki partiya birləşir

Azərbaycanda iki partiya birləşir

Azərbaycanda iki partiya birləşir

Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

Polemika.az xəbər verir ki, Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyaları birləşir.

Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.

Partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək. Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb./Modern.az

Azərbaycanda iki partiya birləşir