“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir" - Xalq artistindən şok ittiham + Video

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir" - Xalq artistindən şok ittiham

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir" - Xalq artistindən şok ittiham + Video

Hər gün taksidə və ya ictimai nəqliyyatda, hətta telekanallarda “bayağı” deyilən mahnıları eşidirik. Bu cür musiqilərin kütləviləşməsi artıq gündəlik həyatımızın reallığıdır.

Son günlərdə sosial mediada olunan müzakirələrdə bu mahnılar ciddi insanlar tərəfindən qınaq obyektinə çevirilib.

Bəs bayağı musiqilərlə necə mübarizə aparmaq lazımdır?

Mövzu ilə bağlı Polemika.az-a danışan Xalq artisti Faiq Sücəddinov bunun günahının televiziya kanallarında olduğunu deyib. Bəstəkar bu tip mahnıları dinləmədiyini bildirib:

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir. Onlar Azərbaycan musiqisini deyil, qeyri-Azəraycan musiqisini təbliğ edirlər. Məsələ ondarır ki, gedib səbəbini telekanallardan soruşmaq lazımdır. Məndən niyə soruşursunuz? Bəstəkar kimi məndən soruşmaq lazım deyil. Həmin mahnılara qulaq asanlar bunu düşünsün, mən bəstəkar kimi onlara qulaq asmıram. Siz, sizin valideynləriniz, uşaqlarınız həmin mahnılara qulaq asır, götürün həmin telekanallara bir məktub yazın ki, bu musiqiləri niyə verirsiniz?  Mənim rəyimlə nə olacaq, bu onlara nə verəcək?”

Həmin görüntüləri təqdim edirik:

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir" - Xalq artistindən şok ittiham + Video