"Azərbaycan Prezidenti ilə görüşdə..." - İranlı nazir

"Azərbaycan Prezidenti ilə görüşdə..." - İranlı nazir

"Azərbaycan Prezidenti ilə görüşdə..." - İranlı nazir

"Bakı ilə əlaqələrin genişləndirilməsi üçün müxtəlif ideyalar var".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu bu gün Azərbaycana gəlmiş İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan Respublikası arasında əlaqələrin yüksələn və inkişaf edən xətdədir:

"Bundan çox məmnunuq. Bu səfər zamanı Azərbaycan Respublikasının rəsmiləri ilə yüksək səviyyəli görüşlərimiz olacaq. Əməkdaşlığın inkişafı üçün mənim müxtəlif ideyalarım var və bu ideyalar Azərbaycan Prezidenti ilə görüşdə müzakirə olunacaq”.

Əir-Abdullahian xatırladıb ki, son 3 ayda azərbaycanlı vəzifədaşı Ceyhun Bayramovla çoxlu təmasları olub və əlaqələrin inkişafı üçün yaxşı çərçivələr barədə razılığa gəliblər.

"Bu səfər zamanı Azərbaycan Prezidenti ilə görüşdə bu çərçivələri yekunlaşdıracağıq", - deyə nazir vurğulayıb.

"Azərbaycan Prezidenti ilə görüşdə..." - İranlı nazir