Azərbaycan kuboku: “Qarabağ” darmadağınla yarımfinalda

Azərbaycan kuboku: “Qarabağ” darmadağınla yarımfinalda

Azərbaycan kuboku: “Qarabağ” darmadağınla yarımfinalda

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Polemika.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Qarabağ" səfərdə kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 qalib gələn Ağdam təmsilçisi cavab matçında isə rəqibini darmadağın edib - 6:0. "Qarabağ" "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər görüşləri 12-13 fevral tarixlərində keçiriləcək.

11 fevral (cümə)

Azərbaycan kuboku, 1/4 final

Cavab oyunu

18:00. “Keşlə” – “Qarabağ” - 0:6 

Qollar: Patrik Andrade, 9, İbrahima Vadji, 17, Ramil Şeydayev, 44-pen, İbrahima Vadji, 45, Musa Qurbanlı, 77, Ramil Şeydayev, 84

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov

“ASK Arena”.

İlk oyun - 0:1.

Azərbaycan kuboku: “Qarabağ” darmadağınla yarımfinalda