“Azərbaycan böyük enerji potensialına malik ölkədir”

“Azərbaycan böyük enerji potensialına malik ölkədir”

“Azərbaycan böyük enerji potensialına malik ölkədir”

“Pandemiya bir çox iri şirkətləri, həmçinin güclü dövlətlərin iqtisadiyyatını iflic vəziyyətinə salıb. Söz yox ki, bu kabus Azərbaycandan da yan keçmədi. Ancaq biz digər ölkələr kimi ciddi zərbə almadıq. Çünki Prezident İlham Əliyevin düşünülmüş siyasi kursu və qabaqlayıcı tədbirləri pandemiyanın ciddi fəsadlarının qarşısını aldı, hətta nəzərdə tutulan layihələrin icrası davam etdirildi”. 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib. O, deyib ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiyanın ən qızğın dövründə regionlarda yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak ediblər. Bu gün də həmin ənənə davam etdirilir. 

«Bundan əlavə, Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin təşəbbüskarıdır. Həmin tədbirlər gah videoformatda, gah da ölkəmizin ev sahibliyi ilə keçirilir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısıdır”.

Ç.Qənizadə dövlət başçısının toplantıdakı çıxışının böyük maraq doğurduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev keçən il iclasın videokonfrans formatında keçirildiyini xatırlatdı. Bu il isə qarşılıqlı əlaqələrin ənənəvi formatı bərpa edildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün deyil, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq baxımından da yaxşı imkanlar yaradır. Hər ilin fevralında əvvəlki ildə görülmüş işlər ənənəvi olaraq nəzərdən keçirilir və qarşıya qoyulacaq vəzifələr planlaşdırılır.

Hüquq müdafiəçisi deyib ki, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra edilməsində milli səviyyədə koordinasiyanın köməyi danılmazdır. Dəyəri 33 milyard ABŞ dolları olan bu nəhəng layihənin reallaşdırılmasında enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı xüsusi qeyd edilməlidir. Tədbirdə təmsil olunan həmin şirkətlərin, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərlidir. Dövlətimizin başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Aparıcı beynəlxalq maliyyə institutları bu layihənin dəyərini və əhəmiyyətini çox yaxşı bildiklərindən onun icrası üçün kredit və maliyyə vəsaiti ayırdılar. Artıq qürurla qeyd edə bilərik ki, bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihə yüksək səmərəliliklə tamamlanıb. Dövlətimizin başçısı da tədbir iştirakçılarına bu barədə məlumat verdi. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi də artıq tamamlanıb”.

Hüquq müdafiəçisi vurğulayıb ki, respublikamızın belə bir nəhəng layihənin təşəbbüskarı olması və mühüm əhəmiyyətli tədbirə ev sahibliyi etməsi Azərbaycanın nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olmasını bir daha təsdiqləyir.

 

“Azərbaycan böyük enerji potensialına malik ölkədir”