"Çox pis rejim idi, insanları depressiyaya salırdı" - Xalq artisti

"Çox pis rejim idi, insanları depressiyaya salırdı"

"Çox pis rejim idi, insanları depressiyaya salırdı" - Xalq artisti

"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Xalqın əksəriyyəti “Mənə bir şey olmaz” düşüncəsi ilə qaydalara əməl eləmir…” 

Bu sözləri Polemika.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. 

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması məhz insanların məsuliyyətsizliyi ilə əlaqədardır:

“Bu gün vəziyyətin xoş olmayan tərəfi odur ki, xalqın əksəriyyəti “Mənə bir şey olmaz” düşüncəsi ilə qaydalara əməl eləmir və sonda elə həmin adam virusa yoluxur. Xəstəlik var, adını koronavirus, Omikron, Delta, nə qoyursunuz qoyun. İnsanlar öz həyatlarına dəyər verib özlərini mütləq qorumalıdırlar. Bunun da çox sadə, saya yolları var: Təmizliyinə riayət edəcəksən, məsafə saxlayacaqsan, insanların kütləvi toplaşdığı yerlərdə ehtiyyatlı olacaqsan. Bunlar elementar şeylərdir”.

Aktyor vaxtilə tətbiq edilən sərt karantin rejiminin heç də yaxşı olmadığını bildirib:

“Əvvəllər başa düşürəm, sərt karantin rejimi idi, insanların evdən çıxma saatları var idi və s. Amma indi elə deyil. O da çox pis rejim idi, insanları depressiyaya salırdı, müəyyən problemlər yaradırdı. İndi isə bu bir növ insanların öz məsuliyyətinə buraxılıb. Yaşamaq istəyirsənsə, özünü qoruyacaqsan. Çox təəssüf ki, insanlar buna ciddi yanaşmırlar. Nəticə etibarı ilə artıq gənclərimizi, sənət adamlarımızı, qələm adamlarımızı itiririk. Bu gün cəmiyyətə özünü qoruma mənasında nümunə olacaq insanlarımız məsələyə arxayın və rahat yanaşırlar, sonra isə özləri yoluxurlar. Xəstəliyi də ya çox ağır keçirir, ya da dünyalarını dəyişirlər. Bunlar hamısı itkidir, hər bir azərbaycanlının ölümü itkidir. Ona görə diqqətli olmaq və özümü qorumaq lazımdır. Özünü qorumaqla təkcə özünü deyil, ətrafındakıları da qorumuş olursan”.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb.

Əsmətxanım Rzazadə

"Çox pis rejim idi, insanları depressiyaya salırdı" - Xalq artisti