Azər Həsrətin bir ayda iki qardaşı vəfat etdi

Azər Həsrətin bir ayda iki qardaşı vəfat etdi

Azər Həsrətin bir ayda iki qardaşı vəfat etdi

Əməkdar jurnalist Azər Həsrətə ağır itki üz verib.

Polemika.az xəbər verir ki, bu barədə onun dostu, şair Əkbər Qoşalı bildirib:

“Azər bəyin böyük qardaşı Abbasqulu Həsrət dünən vəfat edib. Onun digər qardaşının "40"ı hələ çıxmamışdı... Tanrı hər ikisinə rəhmət eləsin”, - deyə Ə.Qoşalı sosial şəbəkədə yazıb.

Qeyd edək ki, daha əvvəl Azər Həsrətin iki qardaşı da dünyasını dəyişib.

Onun Xeyrulla adlı bir qardaşı 2017-ci ildə, Xələf adlı digər qardaşı isə 2020-ci ildə vəfat edib.

Allah rəhmət eləsin. 

 

 

Azər Həsrətin bir ayda iki qardaşı vəfat etdi