Azarkeşlərin döydüyü Lukinyas da Polşa klubundan ayrıldı

Azarkeşlərin döydüyü Lukinyas da Polşa klubundan ayrıldı

Azarkeşlərin döydüyü Lukinyas da Polşa klubundan ayrıldı

"Legiya"da Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb.

Polemika.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib. 

Bu barədə MLS təmsilçisinin rəsmi saytı xəbər yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, ötən ilin dekabrında Polşa çempionatının 28-ci turunda Plotsk "Visla"sına məğlubiyyətdən sonra azarkeşlər komandanın avtobusuna girərək Mahir Emreli və Lukinyası döyüblər. Bundan sonra millimizin hücumçusu "Legiya"dan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Azarkeşlərin döydüyü Lukinyas da Polşa klubundan ayrıldı