Azərbaycan Premyer Liqada tamaşaçı sayını açıqladı

Azərbaycan Premyer Liqada tamaşaçı sayını açıqladı

Azərbaycan Premyer Liqada tamaşaçı sayını açıqladı

Azərbaycan Premyer Liqasının arxada qalan birinci dövrənin 28 oyununu cəmi 19 min 710 tamaşaçı izləyib.

Polemika.az xəbər verir ki, bu rəqəm bəzi stadionların tutumundan, hətta yarısından da azdır.

Bu o deməkdir ki, 7 turun izləyiciləri bir görüşdə qeydə alına biləcək rəqəmdən də aşağıdır. Hərçənd təxminən 17 aydan sonra stadionda çempionat izləmək imkanı yarandığından, bu rəqəmin daha böyük olacağına ümid etmək olardı.

Orta tamaşaçı sayı isə hər matç üçün 704-ə bərabərdir. Ev oyunlarındakı göstəriciyə əsasən “Neftçi” liderdir.

Bu da daha çox “Qarabağ”la derbinin 3300 tamaşaçı toplaması ilə bağlıdır. Autsayder mövqeyində isə “Keşlə” qərarlaşıb.

 

klublar

tamaşaçı

ev oyunu

orta hesabla

1

Neftçi

5100

3

1700

2

Qarabağ

2900

3

967

3

Sabah

3700

4

925

4

Qəbələ

2200

3

733

5

Sumqayıt

1340

3

447

6

Səbail

1600

4

400

7

Zirə

1500

4

375

8

Keşlə

1370

4

343

Cəmi

 

19710

28

704

 

Azərbaycan Premyer Liqada tamaşaçı sayını açıqladı