“Barselona”da yeni baş məşqçi - Foto

“Barselona”da yeni baş məşqçi

“Barselona”da yeni baş məşqçi - Foto

Xavinin "Barselona"nın baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. 

Polemika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Xavinin son klubu "Əl-Sədd" (Qətər) olub. O, 2019-cu ildən bu komandanı çalışdırırdı. 

Xatırladaq ki, "Barselona"nın son baş məşqçisi Ronald Kuman olub. O, ötən həftə istefaya göndərilib. 

Mehri Qurban 

 

 

 

 

“Barselona”da yeni baş məşqçi - Foto