Aytac Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Aytac Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Aytac Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb.

Polemika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Martın 5-də rayonda 1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Qeyd edək ki, A.Əliyevanın meyitinin ayrı-ayrı hissələri zibil yeşiklərində aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Aytac Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı