Avroparlament Belarus referendumunu indidən saxta sayır

Avroparlament Belarus referendumunu indidən saxta sayır

Avroparlament Belarus referendumunu indidən saxta sayır

Avropa Parlamentində (AP) qəribə vəziyyət yaranıb. Parlamentin Belarusdan olan daimi təmsilçiləri ölkə konstitusiyasına düzəlişlərə dair fevralın 27-nə planlaşdırılan ümumxalq referendimunun nəticələrini şübhə altına alıblar.

Polemika.az xəbər verir ki, respublikanın əsas qanununa dəyişikliklə bağlı Ümumxalq səsverməsinə qarşı çıxan deputatlar Robert Bedron və Pyatras Auştryaviçus həm də AP və Belarus arasında ikitərəfli münasibətlərə cavabdeh olan şəxslərdir. Onlar qarşıdakı referendumun qeyri-legitim olduğunu bəyan ediblər.

“Deutsche Welle” telekanalı Avroparlamentin rəsmi açıqlamasına istinadla xəbər verir ki, deputatlar ümumxalq səsverməsini Belarus xalqının iradəsi azad ifadəsi hesab etmək olmaz. Onlar özlərinin bu qərarını respublika vətəndaşlarının yerli hakimiyyətin təzyiqi altında olması ilə izah ediblər.

“Biz belə şübhəli kontekstdə istənilən mümkün konstitusiya referendumuna belarus xalqının demokratik iradəsini əsk etdirməyən saxta səsvermə kimi baxacağıq”, - AP təmsilçiləri bəyan edib.

Avroparlament Belarus referendumunu indidən saxta sayır