Milli konadamızda koronavirusa kütləvi yoluxma 

Milli konadamızda koronavirusa kütləvi yoluxma 

Milli konadamızda koronavirusa kütləvi yoluxma 

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.

Polemika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilir ki, millimizin beynəlxalq turnirdən kənarda qalmasına səbəb 6 futbolçu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxmasıdır.

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 - 14 fevralda olacaq. 

Milli konadamızda koronavirusa kütləvi yoluxma