Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur

Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur

Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur

CİES Avropanın 36 liqası ilə bağlı hesabat hazırlayıb.

Polemika.az Apasport-a istinadla xəbər verir ki, son 4 mövsüm ərzində hər çempionatın oyunlarının orta hesabla nə qədər davam etdiyi müəyyənləşib.

Niderland Erediviziyası birinci pillədədir. Bu çempionatın hər matçında 90 dəqiqənin 63 dəqiqə 21 saniyəsi top oyunda olur.

İsveç Allsvenskası cəmi 16 saniyə geri qalır. Üçüncü olan Rusiya Premyer Liqasında hər oyun 63 dəqiqə sürür.

Çexiyanın Birinci liqası isə son sıradadır – 54 dəqiqə 55 saniyə. İspaniya Sequndasının görüşləri 11 saniyə uzun sürür. Şotlandiya Premyerşipində bu rəqəm 55 dəqiqə 38 saniyə təşkil edir.

Qeyd edək ki, Azərbaycan çempionatı 36 liqa sırasında düşməyib. 

Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur