“Araikin dindirilmə prosesinin Rusiyanın vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması...”

“Araikin dindirilmə prosesinin Rusiyanın vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması...”

“Araikin dindirilmə prosesinin Rusiyanın vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması...”

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov mətbuata bildirib ki, “Araik Arutunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq.

Eyni zamanda N.Əvəzov “...əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılmasının təmin ediləcəyini” də vurğulayıb.

Polemika.az idarə rəisinin dedikləri ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın münasibətini diqqətinizə çatdırır.

Baş Prokurorluğun “Araik Arutyunyanın istintaqa təqdim olunmasının təmini” ilə bağlı yayılan bəyanatının reallaşması Rusiya sülhməramlılarının prokurorluğun müstəntiqinə Arutyunyanın dindirilməsi üçün şərait yaratdığı halda mümkün ola bilər. İndiki mövcud situasiya bunu tələb edir. Dindirmə prosesinin Rusiya sülhməramlıların vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması mümkündür. 

Amma, məsələnin ikinci tərəfi, yəni Arutyunyanın “əməliyyat və kəşfiyyat qurumları tərəfindən məhkəmə baxışına çıxarılmasının təmin edilməsi” bəyanatı bir qədər qeyri-ciddi və populist təsir bağışlayır. Birincisi, əgər belə bir əməliyyat-kəşfiyyat tədbiri keçiriləcəksə onun bəri başdan elan edilməsi hansı məntiqə sığır? “Aç qapını, gələk səni öldürək” yada düşür. İkincisi, hətta belə bir əməliyyat baş tutarsa Rusiya sülhməramlılarının, daha doğrusu Rusiya dövlətinin buna reaksiyasının yarada biləcək fəsadları nəzərə alınıbmı? Yox, əgər məhkəmə prosesi də Xankəndidə olacaqsa, hansı ki, inandırıcı görünmür, əməliyyata nə ehtiyac var?

Hesab edirəm ki, yayılan məlumatın ikinci hissəsinə-əməliyyat tədbirlərinin bəri başdan elan edilməsinə ehtiyac yoxdur. İlk dindirilmə prosesindən və digər istintaq hərəkətlərindən sonra, Azərbaycan konkret faktlarla Arutyunyanın ağır cinayət törətməsinə əsaslı şübhələr yarandığını elan etməli və Rusiya sülhməramlılarından onun məhkəməyə çıxarılmasını təmin etmək tələb olunmalıdır. Bu və başqa hüquqi prosedurlar həyata keçirildikdən sonra Arutyunyanın Azərbaycan məhkəməsi qarşısına çıxarılması təmin edilmədikdə, ağır cinayət törətməkdə təqsirli bilinən Arutyunyanın istənilən yolla məhkəmə baxışına çıxarılmasının həyata keçiriləcəyi Azərbaycanın müstəsna hüququ kimi qarşı tərəflərə elan edilməlidir. Bir daha qeyd edək ki, əməliyyat tədbirlərinin bəribaşdan elan edilməsi məqsədəuyğun hesab olunmur”.Moderator.az

“Araikin dindirilmə prosesinin Rusiyanın vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması...”