Şuşa ilə bağlı mühüm məlumat - Elektron xəritə hazırlandı

Şuşa ilə bağlı mühüm məlumat -

Şuşa ilə bağlı mühüm məlumat - Elektron xəritə hazırlandı

“Azəriqaz” İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

Polemika.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

“Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri hazırlanıb, inventarizasiya aparılıb. Hazırlanmış xəritələr və texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim edilib”, - deyə hesabatda deyilir.

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.

Şuşa ilə bağlı mühüm məlumat - Elektron xəritə hazırlandı