Araik Moskvaya niyə çağırılıb? - “Kreml Qarabağda separatçıların əli ilə yeni oyunlar...”

Araik Moskvaya niyə çağırılıb? - “Kreml Qarabağda separatçıların əli ilə yeni oyunlar...”

Araik Moskvaya niyə çağırılıb? - “Kreml Qarabağda separatçıların əli ilə yeni oyunlar...”

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında separatçı etnik ermənilərin başçısı Araik Arutyunyan Moskvaya gedib. Rusiyanın bu tip separtçıları Moskvada qəbul edib, təlimatar verməsi birinci dəfə deyil. Abxaziya, Cənubi Osetiya separtçılarının başçılarını da Moskva daima qəbul edib".

Polemika.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə separatçı Araik Arutyunyanın Moskva səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, prezident İlham Əliyevin Ukraynaya səfəri, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənməsi, Azərbaycanın Avropa İttifaqı ilə enerji məsələsində razılığa gəlməsi, İttifaqın iki milyard dollar ayırması, Moskvada soyuq duş effekti yaradır:

"Qeyd edim ki, ötən gün Belarus prezidenti A. Lukaşenkonun ittifaq dövləti haqqında danışaraq Azərbaycanın bu ittifaqda çətin yer alcağını vurğulaması Moskvada rəsmi Bakının siyasətinin narahatlıqla qarşılandığı göstərir. Bundan əlavə, GUAM-ın effektli şəkildə fəaliyyətə keçəcəyi də razılaşdırılıb. Belə olan təqdirdə, Kreml Qarabağda separatçıların əli ilə yeni oyunlar çevirmək niyyətindədir. Məhz Azərbaycanın mülki maşınlarının "erməni polisi" tərəfindən yoxlanılması, separtçıların mütəmadi olaraq atəşkəsi pozması analoji təzyiq siyasətidir. İndi də Araik Arutyunyan Moskvaya çağırılıb. Təbii ki, Araikin Moskva səfərinə başqa bir don geyindirlir".

"A. Arutyunyan burada erməni iş adamları ilə görüşüb Qarabağa investiya yatırması üçün danışıqlar aparır. Müharibədən sonra Qarabağda ermənilərin yaşadığı ərazilərə artıq erməni biznesmenləri vəsait ayırmır. Ona görə də Moskvanın tapşırığı ilə Rusiya erməni iş adamları etnik ermənilərin yaşadığı ərazilərə yatırım qoyması planlaşdırılır.

Rusiya Qarabağ siyasətində digər alternativlərə əl atır. Moskva səfəri də Azərbaycana qarşı yönəlib. A. Arutyunyanın belə səfərlərinin qarşısı alınmalıdır. Azərbaycan Rusiyanın bu siyasətinin qarşısını alması istiqamətində Türkiyə ilə birgə işi davam etdirəcək. Moskvanın bu siyasəti uğurlu olmayacaq", - deyə politoloq bildirib.

Araik Moskvaya niyə çağırılıb? - “Kreml Qarabağda separatçıların əli ilə yeni oyunlar...”