Angela Merkelin pulqabısı mağazada oğurlandı

Angela Merkelin pulqabısı mağazada oğurlandı

Angela Merkelin pulqabısı mağazada oğurlandı

Almaniyanın keçmiş kansleri Angela Merkelin Berlində alış-veriş edərkən pulqabısı oğurlanıb.

Polemika.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, fevralın 25-i səhər Merkel oğurluğun baş verdiyi Şarlottenburq rayonunda yerləşən supermarketə gedib.

Polis qurbanın adını çəkmədən yalnız “67 yaşlı qadın”dan oğurluqla bağlı ifadə aldığını təsdiqləyib.

Keçmiş kanslerin pulqabısında şəxsiyyət vəsiqəsi, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olub. Merkelin ofisi hər hansı şərh verməkdən imtina edib.

Alış-veriş zamanı keçmiş kansleri Federal Cinayət İdarəsinin (BKA) ən azı bir mühafizəçisi müşayiət edib. Polis cinayətlə bağlı araşdırma aparır.

Merkel Almaniya hökumətinin başçısı olarkən belə həmişə alış-verişə özü getməsi ilə tanınır. 2021-ci il seçkilərindən sonra Merkel böyük siyasətdən getməyə qərar verdi, 16 il Almaniyanın kansleri olub.

 

Angela Merkelin pulqabısı mağazada oğurlandı